Bank Of Baku

Çexiya Azərbaycan sahibkarlarını bu ölkəyə sərmayə qoymağa çağırıb

Çexiya Azərbaycan sahibkarlarını bu ölkəyə sərmayə qoymağa çağırıb
# 27 oktyabr 2010 12:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Çexiyada sahibkarlıq fəaliyyəti göstərmək üçün çox yaxşı şərait var. Bizdə bir neçə prioritet sahələr var ki, dövlət bu sahələrdə sahibkarlığın inkişafını dəstəkləyir. Bu sahələrdə Azərbaycan sahibkarlarının da işləməsi yaxşı olardı». «APA-Economics»in məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Radek Matula jurnalistlərə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, azərbaycanlı iş adamları Çexiyada avtomobil sənayesi, neft-kimya, əczaçılıq, aviasiya, elektrotexnika və nanotexnologiyalar sahəsində iş qura bilər: «Biz Çexiyada işləyən azərbaycanlı sahibkarların sayının artmasını, paralel olaraq çex iş adamlarının da Azərbaycana daha fəal gəlməsini istəyirik».

Çexiyada Azərbaycan iş adamları üçün investisiya imkanlarının olduğunu xatırladan səfir bildirib ki, bu, iki ölkə sahibkarları arasında birgə müəssisələrin yaradılması, investisiya layihələrinin reallaşması, iki ölkə arasında avadanlıq və hazır məhsul ixracının da artırılması yolu ilə reallaşa bilər: «Çexiya bankları azərbaycanlı sahibkarlara avadanlıqların alanması üçün kredit və maliyyələşdirmə sxemləri də təklif edir».

Çexiyanın Azərbaycanda maraq göstərdiyi sahələrə gəlincə R.Matula qeyd edib ki, bunlar infrastruktur, tikinti, su təmizlənməsi sahələridir. Bundan başqa, çex iş adamları Azərbaycana nəqliyyat vasitələri, kənd təsərrüfatı məhsullarının emalı üçün avadanlıqlar, adi və mini pivə zavodları, şəkər zavodları göndərməkdə maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR