Bank Of Baku

Türkiyə hökuməti Naxçıvan-Türkiyə Biznes Şurası və sərhəddə azad ticarət zonası yaradılması üçün təşəbbüs irəli sürüb

Türkiyə hökuməti Naxçıvan-Türkiyə Biznes Şurası və sərhəddə azad ticarət zonası yaradılması üçün təşəbbüs irəli sürüb
# 27 oktyabr 2010 12:26 (UTC +04:00)
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Naxçıvana ilk dəfədir gəldiyini deyən nazir muxtar respublikanın təcrid edildiyinə diqqət çəkib: “Ermənistan Naxçıvanla Azərbaycanın digər hissəsinin içinə bıçaq kimi yerləşib. Ətrafı qapalıdır, sadəcə İran və Türkiyəyə çıxışı var. Hökumətimizin xarici siyasətində Naxçıvan xüsusi yer tutur. Bu gün bu səbəblə buradayıq”.

Z. Çağlayan türkiyəli iş adamlarının Naxçıvanda ciddi iş görmək istədiyini, muxtar respublikaya qoyulan sərmayəni və qarşılıqlı ticarəti artırmaq istədiklərini söyləyib. O, Naxçıvan-Türkiyə Biznes Şurası yaratmaq üçün danışıqlar apardıqlarını da açıqlayıb: “İş adamlarına yardımçı olacaq bu şuranı tezliklə qurmaq istəyirik. Naxçıvanla həmsərhəd olmağın üstünlüklərindən istifadə etmək lazımdır. Sərhəddə azad ticarət zonası yaradılması yaxşı olardı. Bu da qarşılıqlı ticarəti ciddi şəkildə artırardı. Gömrüksüz bir bölgə yaradıb dünyanın hər tərəfi ilə ticarət apara bilərik. Müvafiq təlimat verdim. Türkiyənin Azad ticarət zonaları üzrə Baş Direktorluğu sürətlə bu məsələni araşdıracaq. Vaxt itirmədən bu sistemi qurmaq mümkün ola biləcək”.

Nazir Naxçıvana sərmayə qoyacaq türkiyəli iş adamlarına şərait yaradılması üçün Ali Məclis sədri Vasif Talıbovdan dəstək istədiyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR