Bank Of Baku

Rusiyada rüşvətin orta məbləği 50 dollar azalıb

Rusiyada rüşvətin orta məbləği 50 dollar azalıb
# 27 oktyabr 2010 12:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Rusiyada verilən rüşvətin orta məbləği 42,5 min rubl (1465 ABŞ dolları), kommersiya məqsədilə verilən rüşvətin məbləği isə 90 min rubl (3000 ABŞ dolları) olub. «APA-Economics»in məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi İqtisadi təhlükəsizlik Departamentinin rəis müavini Aleksandr Nazarov bildirib.

Onun sözlərinə görə, son 3 ayda rüşvətin məbləği 1500 rubl və ya 50 dollar azalıb. Ümumilikdə, ilin əvvəlindən indiyədək Rusiyada 600 mln. rubl (20 mln. dollar) məbləğində rüşvət halı qeydə alınıb.

D.Nazarov bildirib ki, məmurlar əvvəlki dövrlərlə müqayisədə rüşvəti daha ehtiyatla alırlar: «Rüşvət məmurlar üçün təhlükəyə çevrilib, onlar daha ehtiyatlıdırlar və kiçik məbləğlərə görə risq etmək istəmirlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR