Bank Of Baku

Bu il Azərbaycanda özəlləşdirilmiş müəssisələrə 41 mln. manat investisiya qoyulub

Bu il Azərbaycanda özəlləşdirilmiş müəssisələrə 41 mln. manat investisiya qoyulub
# 28 oktyabr 2010 08:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında 520-ə yaxın kiçik dövlət müəssisə və obyekti, habelə nəqliyyat vasitəsi özəlləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəlləşdirilmiş müəəsisə və obyektlərdən 286-sı Bakıda, 122-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Hesabat dövründə həmçinin 355-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Bu dövrdə dövlət müəssisələrinin bazasında 10-a yaxın səhmdar cəmiyyəti yaradılıb, səhmlərin satışı üzrə keçirilmiş 41 hərracda 25-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılıb.

Təhlil olunan dövr ərzində 7 dövlət müəssisəsi və səhmdar cəmiyyətinin («Məişət Malları», «Biləsuvar Quşçuluq», «Qazax Konserv», «Lənkəran Çay-5», «Masallı Konserv», «Siyəsən Broyler» ASC-lər və «Zeyxur» kiçik su elektrik stansiyası) investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib.

İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2010-cu ilin yanvar-sentyabr aylarında 41 mln. manat məbləğində investisiya qoyulub. Hesabat dövründə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 4 müəssisə («Gəncə Dəyirman», «Salyan Mehmanxana», «Xırdalan Ət» və «Bakı Ağırlaşdırıcılar» ASC-lər) üzrə mülkiyyət hüququ alıcılara keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR