Bank Of Baku

Azərbaycanda telefon vasitəsilə satılan mallar saxta çıxıb

Azərbaycanda telefon vasitəsilə satılan mallar saxta çıxıb
# 29 oktyabr 2010 14:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daxil olmuş məlumat əsasında məsafədən satış xidmətləri göstərən «Star Electro» MMC-nin fəaliyyətini araşdıb. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, «Star Electro» istehlakçılara stasionar telefon vasitəsilə zəng edərək, telefon nömrələrinin uduşa düşdüyü, aşağı qiymətə bir məişət avadanlığı aldıqları təqdirdə 3-4 müxtəlif növ məişət avadanlıqlarının hədiyyə ediləcəyi və həmin malları zəmanətlə almaq hüququnu əldə edəcəkləri kimi yanlış məlumatlar verib. Araşdırma zamanı məlum olub ki, «Star Electro»nun istehlakçılara satdığı məişət əşyaları saxtadır, mallara verilən zəmanətlərə və bağlanılan müqavilələrə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilir, təklif edilən mala görə tələb edilən məbləğ isə onun və verilən hədiyyələrin birgə real bazar qiymətindən də çoxdur.

İstehlakçıları çaşdırmaqla qeyri-dəqiq reklama və haqsız rəqabətə yol verdiyinə görə «Star Electro» MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara məsafədən (telefon və kütləvi informasiya vasitələri ilə) alış zamanı diqqətli olmağı, mala verilən zəmanət talonunun düzgün doldurulmasına diqqət yetirməyi tövsiyə edir. Eləcə də, vətəndaşlara məsləhət görülüb ki, satıcıdan müqavilədə qeyd edilən hüquqi ünvanının və adının düzgün göstərildiyini təsdiq edən sənədləri tələb etsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR