Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tender keçirir

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tender keçirir
# 30 oktyabr 2010 09:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Avtonəqliyyat vasitələrinin sığortası üzrə məlumat bazasının proqram təminatının işlənib hazırlanmasının həyata kecirilməsinə dair tender elan edib.
Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, tender proseduru 2010-cu ilin dekabr ayının 15-də Maliyyə Nazirliyinin inzibati binasında başlanacaq.

İddiaçılar tenderin əsas şərtlər toplusunu əldə etmək və tender təkliflərini təqdim etmək üçün 2010-cu ilin noyabrın 1-dən dekabr ayının 14-dək Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlaya bilərlər. Tender təklifləri 2010-cu il dekabr ayının 14-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə təqdim olunmalıdır. Qeyd edək ki, tenderdə iştirak haqqı 500 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR