Bank Of Baku

Azərbaycanda səhmdar cəmiyyətlərində korporativ idarəetmə mövzusunda regional seminar keçiriləcək

Azərbaycanda səhmdar cəmiyyətlərində korporativ idarəetmə mövzusunda regional seminar keçiriləcək
# 01 noyabr 2010 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabrın 5-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə Şəkidə «Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılması» mövzusunda regional seminar keçiriləcək.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi, Avropa İttifaqının TACIS Proqramı və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə birgə keçiriləcək seminar regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərin rəhbərləri üçün nəzərdə tutulub.

Tədbirdə QKDK-nın və İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri, həmçinin, beynəlxalq və yerli ekspertlər tərəfindən korporativ idarəetmə standartları və onun səhmdar cəmiyyətləri tərəfindən investisiyaların və kreditlərin cəlb edilməsində əhəmiyyəti, səhmdar cəmiyyətlərinin hesabatlığına dair milli qanunvericilik tələbləri və Avropa İttifaqının korporativ hesabatlıq üzrə şəffaflıq tələblərinə dair təqdimatların edilməsi və interaktiv müzakirələrin aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR