Bank Of Baku

Azərbaycan daxili bazarında daha 352 kq yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycan daxili bazarında daha 352 kq yararsız ərzaq məhsulları aşkarlanıb
# 01 noyabr 2010 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Səbail rayonunda Ü.Hacıbəyov küçəsi,46/50 ünvanında Elmar Qasımova və Şahin Həbibova məxsus mağazalarda, Böyük Qala küçəsi,13/15 ünvanında Kamil Vəliyevə məxsus mağazada, Mətbuat prospekti,2B ünvanında Qismət Hüseynova məxsus mağazada, Yasamal rayonunda Z.Xəlilov küçəsi,32 ünvanında yerləşən «Narın market»də, Nərimanov rayonunda M.Sənani küçəsi,41 ünvanındakı «Halal market»də, Z.Bünyadov küçəsi,48/54 ünvanında İlham Ağayevə məxsus mağazada, Binəqədi rayonunda Ş.Axundov küçəsi,5/34 ünvanında yerləşən «Fidan market»də, S.Məmmədova küçəsi,6M/205B ünvanında yerləşən «Sərfəli market»də, S.Məmmədova küçəsi,8 ünvanındakı «Natural market»də, Atatürk prospekti,56 ünvanında yerləşən «Ülkər market»də, Nəsimi rayonunda A.Mustafayev küçəsi,23/32 ünvanında yerləşən «Ağ bulaq market»də, Xaçmaz rayonunda Bazar ərazisində Gülməddin Abdullayevə məxsus mağazada, Cəlilabad rayonunda Qurtuluş küçəsində Həbib İsayevə məxsus mağazada, Şəki şəhərində 20 Yanvar küçəsində Şərafət İsmayılovaya məxsus mağazada, ümumi çəkisi 351 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı, süd və süd məhsulları, kolbasa, konservləşdirilmiş məhsullar, yağlar, balıq və digər dəniz məhsulları, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR