Bank Of Baku

Qurban Bayramı ilə əlaqədar Azərbaycanın ət bazarlarında monitorinqlər keçiriləcək

Qurban Bayramı ilə əlaqədar Azərbaycanın ət bazarlarında monitorinqlər keçiriləcək
# 01 noyabr 2010 15:10 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Qurban Bayramı ilə əlaqədar, ətə tələbatın artmasını nəzərə alaraq, süni qiymət artımının qarşısının alınması məqsədilə Dövlət Xidməti Bakıda və regionlarda ətin qiymətinin gündəlik monitorinqini keçirəcək.

Monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

Bununla əlaqədar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət satışını həyata keçirən təsərrüfat subyektlərini süni qiymət artımına yol verməməyə çağırır.

İstehlakçılardan ət satışında qiymət artımı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR