Bank Of Baku

Azərbaycanda qanunsuz sahibkarlıq və vergidən yayınma faktları üzrə iki müəssisəyə qarşı cinayət işi qaldırılıb

Azərbaycanda qanunsuz sahibkarlıq və vergidən yayınma faktları üzrə iki müəssisəyə qarşı cinayət işi qaldırılıb
# 02 noyabr 2010 08:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində aparılan araşdırmalar nəticəsində iki müəssisədə qanunsuz sahibkarlıq və vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktları müəyyən edilib və cinayət işləri başlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata ögrə, «Texnoqrupcom» MMC-də 2009-cu il 1 sentyabr tarixdən 2010-cu il 1 iyun tarixədək, «Orbita-AB» MMC-də isə 2008-ci il 1 iyul tarixdən 2010-cu il 1 may tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlamaları aparılarkən müəyyən edilib ki, həmin cəmiyyətlərdə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) alınmadan neft məhsullarının satışı aparılıb və nəticədə külli miqdarda xalis gəlir əldə edilib.

Bundan başqa, «Texnoqrupcom»un rəhbərliyi vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdarda əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayındırıb. «Orbita-AB»də isə vergi orqanlarına bəyannamə təqdim edilməyib və bununla da xeyli miqdarda mənfəət vergisi dövlət büdcəsinə ödənilməkdən yayındırılıb.

«Texnoqrupcom» MMC üzrə toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 192.2.2 və 213.2.2, «Orbita-AB» MMC üzrə isə 192.2.2 və 213.1-ci maddələri ilə cinayət işləri başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR