Bank Of Baku

Neftçala rayonunda sahibkarlardan prioritet investisiya layihələrinin qəbuluna başlanılıb

Neftçala rayonunda sahibkarlardan prioritet investisiya layihələrinin qəbuluna başlanılıb
# 02 noyabr 2010 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Neftçala rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Neftçala rayonu üzrə sahibkarlıq subyektlərindən camışçılıq, balıqçılıq və zeytunçuluğun inkişafı, həmçinin, müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq və damazlıq broyler təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR