Bank Of Baku

Azərbaycanda «Management Traning» Proqramı çərçivəsində təlimlər keçirilir

Azərbaycanda «Management Traning» Proqramı çərçivəsində təlimlər keçirilir
# 02 noyabr 2010 09:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Management Traning» Proqramı çərçivəsində təlimçilər üçün təlimlərə başlanılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, təlimin keçirilməsində məqsəd Bakı şəhərində və regionlarda «Layihələrin idarə edilməsi» kursu üzrə sahibkarların maarifləndirilməsi üçün yerli təlimçilərin hazırlanmasıdır.

GTZ-nin ekspertləri tərəfindən keçirilən təlimdə Bakı Biznes Tədris Mərkəzinin və müxtəlif təşkilatların 20-ə yaxın əməkdaşı iştirak edir.

Noyabrın 3-dək davam edəcək təlimin sonunda kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılara sertifikatlar veriləcək.

«Management Traning» Proqramına əsasən, təlim kursunu müvəffəqiyyətlə bitirmiş təlimçilər noyabrın 11-də Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün «Layihələrin idarə edilməsi» kursu üzrə davamlı təlimlər keçirəcək. Bu cür təlim kurslarının regionlarda da təşkil edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR