Bank Of Baku

Noyabrın 23-26-da Bakıda III Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi keçiriləcək

Noyabrın 23-26-da Bakıda III Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi keçiriləcək
# 02 noyabr 2010 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabr ayının 23-26-da Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda III Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi («CIPS-2010») keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə Azərbaycan, İtaliya, Çin, Koreya, Rusiya, Türkiyə, ABŞ, Fransa və Çexiyadan olan şirkətlər məhsullarını təqdim edəcək.

Sərginin ən iri bölməsi – texniki vasitələr və təhlükəsizlik sistemləri olacaq. Belə ki, sərgi «Samsung», «LG Security», «SONY Security», «Pelko» kimi aparıcı istehsalçıların və digər şirkətlərin SSTV kameralarının geniş çeşidini, iri anbar sahələrinin daxilində müşahidə üçün xüsusi həll variantlarını, «intellektual ev» sistemini təqdim edəcək.

Sərgidə «Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə sistemlər» adlı xüsusi bölmə də fəaliyyət göstərəcək. Bu bölmədə yaşayış və qeyri-yaşayış binalarında yanğın təhlükəsizliyi üzrə modullu sistemlər və onların həll variantları, eləcə də ekstremal şəraitdə istismar üçün nəzərdə tutulan, videokameralarla təchiz edilmiş istilik siqnalizatorları nümayiş olunacaq.

İlk dəfə olaraq, sözügedən sərgidə gömrük və sərhəd-nəzarət məntəqələrində tətbiq edilən ən yeni avadanlıq və texnologiyalar nümayiş etdiriləcək. Belə ki, narkotik vasitələrin aşkar edilməsi üçün xüsusi avadanlıqlar təqdim olunacaq. Daha bir yenilik neft-qaz sənayesi üçün cihaz və ölçü avadanlıqlarının təqdimatı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR