Bank Of Baku

Tiflisdə Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Tiflisdə Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
# 02 noyabr 2010 14:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA-Economics. Noyabrın 4-də Tiflisdə Azərbaycan-Almaniya Biznes Forumu keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir AZEBİ (Azərbaycan biznes qurumlarının ictimai birliyi) və Almaniya Biznes Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Məlumata görə, forum Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Alman şirkətlərinin yaxınlaşması və gələcək əməkdaşlığın bünovrəsinin qoyulması məqsədi ilə təşkil olunur. Tədbirdə Azərbaycan və Almaniyanın Gürcüstandakı səfirləri, Gürcüstan hökumətinin nümayəndələri, baş nazirin müşaviri, biznes ombudsmanı Giorgi Pertaya və Gürcüstan İnvestisiya Agentliyinin direktoru İrakli Matkava iştirak edəcəklər.

Xatırladaq ki, AZEBİ Gürcüstanda 2009-cu ildən fəaliyyət göstərir və 30-dək Azərbaycan şirkətini birləşdirir. Almaniya Biznes Assosiayası isə Gürcüstanda 2007-ci ildə yaradılıb və bu təşkilatın 45 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR