Bank Of Baku

Rusiyada «ağıllı mağazalar» yaradılacaq

Rusiyada «ağıllı mağazalar» yaradılacaq
# 04 noyabr 2010 08:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Rusiyanın «Rosnano» korporasiyasının prezidenti Anatoli Çubays qarşıdakı 3-5 il ərzində ölkədə «ağıllı mağazalar» şəbəkəsinin yaradılacağını bildirib. «APA-Economics»in məlumatına görə, «ağıllı mağazalar»da alqı-satqı əməliyyatları pasportu əvəz edən və ödəmələr aparmağa imkan verən identifikasiya kartları – ID-kartlarla aparılacaq.

A.Çubays bildirib ki, ID-kartlar müasir mağazaları onlayn rejimdə idarə etməyə imkan verəcək. Üstəlik belə mağazalarda kassir və ya kassa aparatı olmayacaq – alqı-satqının məbləği alıcının bank hesabından avtomatik silinəcək. Rusiyada belə mağazaların yaradılmasına 2012-ci ildən başlanacaq. Əvvəl Moskva və Sankt-Peterburqdan başlanan bu yenilik sonradan bütün ölkədə tətbiq ediləcək. İşçi personalının ixtisar edilməsi və xərclərin azaldılması belə mağazalarda qiymətlərin də aşağı olmasına şərait yaradacaq. Ekspertlərin hesablamalarına görə, burada malların 25% ucuz olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR