Bank Of Baku

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verən şirkətə maliyyə sanksiyası tətbiq edilib

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verən şirkətə maliyyə sanksiyası tətbiq edilib
# 04 noyabr 2010 09:16 (UTC +04:00)
Bakı - APA-Economics. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə məsafədən satış xidmətləri göstərən “Star Electro” MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bu barədə “APA-Economics”ə İİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə “Star Electro” MMC-yə 1,3 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR