Bank Of Baku

Azərbaycan və Özbəkistan təşkilatları arasında əməkdaşlıq sazişləri imzalanacaq

Azərbaycan və Özbəkistan təşkilatları arasında əməkdaşlıq sazişləri imzalanacaq
# 05 noyabr 2010 07:39 (UTC +04:00)
Daşkənd. Nicat Mustafayev - APA-Economics. Bu gün Daşkənddə (Özbəkistan) işə başlayan Azərbaycanın Milli Sərgisi çərçivəsində Azərbaycan və Özbəkistan təşkilatları arasında bir sıra sənədlər imzalanacaq.

«APA-Economics»in məlumatına görə, sərgi çərçivəsində Azərbaycanda İxracın və investisiyalrın Təşviqi Fondu (Azpromo) ilə Özbəkistan Xarici İnvestisiyaların Təşviqi Fondu («Uzİnfoİnvest») arasında, həmçinin Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə «Uzİnfoİnvest» arasında, AİŞ və Özbəkistan Yenidənqurma və İnkişaf Fondu (UFRD) arasında əməkdaşlığa dair sazişlərin imzalanması planlaşdırılır.

Bununla yanaşı, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Özbəkistan Ticarət-Sənaye Palatası arasında analoji sənədin imzalanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR