Bank Of Baku

Şabranda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Şabranda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 05 noyabr 2010 11:50 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini noyabrın 5-də Şabran rayonunda keçirib.

İİN-dən “APA-Economics”ə verilən xəbərə görə, sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 250-dən çox sahibkar iştirak edib.

Əvvəlcə SKMF-dən güzəştli kredit almış Abşeron rayonundakı “Zəhmət-Ruzi” MMC-nin inşa etdirdiyi tutumu 7 min ton olan müasir soyuducu anbarında, ət və süd məhsullarının emalı kompleksində, Sumqayıt şəhərində “Delta Qrup C.O.” MMC-nin inşa etdirdiyi tutumu 4 min ton olan müasir soyuducu anbar kompleksində, Şabran rayonunda “Sultan-O” MMC-nin inşa etdirdiyi illik istehsal gücü 100 min litr şərab olan üzüm emalı və “Azərplast-M” MMC-nin inşa etdirdiyi aylıq istehsal gücü 189 min litr olan spirtli içkilərin istehsalı müəssisələrində aparılan tikinti işlərinə baxış keçirilib.

Sonra “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov ölkə başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda iqtisadiyyatın bütün sahələrində irəliləyişə nail olunduğunu bildirib. Qeyd olunub ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Şabranda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmışdır.

İİN-in Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev dövlət başçısının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulayıb, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, hazırda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır, sahibkarlıq fəaliyyəti daha da genişlənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR