Bank Of Baku

Azərbaycanda Özbəkistan Milli Sərgisi keçiriləcək

Azərbaycanda Özbəkistan Milli Sərgisi keçiriləcək
# 05 noyabr 2010 12:05 (UTC +04:00)
Daşkənd. Nicat Mustafayev – APA-Economics. Təxminən bir aydan sonra Azərbaycanda Özbəkistanın milli sərgisi keçiriləcək. «APA-Economics» xəbər verdiyi kimi, bunu Özbəkistanda işgüzar səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan və Özbəkistan mövcud iqtisadi-ticarət əlaqələri iki ökə arasındakı siyasi münasibətlərin hazırkı səviyyəsinə çatdırmaq niyyətindədir.

Bu gün Daşkənddə işə başlayan Azərbaycanın milli sərgisinə gəlincə, Ş.Mustafayev bildirib ki, Özbəkistanın biznes dairələri tərəfindən sənaye, o cümlədən neft maşınqayırması, elektrik avadanlıqlar, kənd təsərrüfatı, balıqçılıq, tikinti, lift istehsalı kimi sahələrə böyük maraq göstərir. Onun sözlərinə görə, artıq Azərbaycanın tikinti materialları istehsalı ilə məşğul olan şirkəti Özbəkistanda birgə müəssisənin yaradılmasına dair danışıqlar aparır. Ümumilikdə isə, Azərbaycan istehsalçıları Özbəkistanda həm satışın təşkili, həm də istehsalın yaradılmasına maraq göstərirlər. Danışıqların daha konkret mərhələsi bu gün keçirilməsi planlaşdırılan biznes-forum çərçivəsində ikitərəfli görüşlərdə müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR