Bank Of Baku

Xırdalanda saxta elektrik kabel və naqillərinin satışının qarşısı alınıb

Xırdalanda saxta elektrik kabel və naqillərinin satışının qarşısı alınıb
# 05 noyabr 2010 12:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsi, 5 ünvanında “Birlik” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müəssisədə istehsal edilən 884 metr elektrik kabel və naqillərinin saxtalaşdırılaraq Türkiyə istehsalı kimi “TSE-TS 9758” türk standartına uyğun markalandığı, 6,6 min metr izolyasiyalı kabellərin etiketlərinin üzərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin düzgün göstərilmədiyi aşkar edilib.

Yoxlama zamanı həmçinin müəssisənin anbarında məhsulların qablaşdırılmasında istifadə edilən normativ sənədlərin tələblərinə uyğun olmayan 92 kq bükmə materialı və 16 min ədəd kağız etiketlər aşkar edilib.

Yol verilmiş qanun pozuntuları ilə əlaqədar saxta elektrik kabel və naqillərin satışının qadağan edilməsi, normativ sənədlərin tələblərinə uyğun olmayan izolyasiya kabellərinin satışının dayandırılması və naqillərin qablaşdırılmasında istifadə edilən saxta qablaşdırma materiallarının məhv edilməsi barədə “Birlik” MMC-yə icrası məcburi göstəriş verilib. Bundan başqa, müəssisənin ticarət şəbəkəsinə payladığı mallar da geri yığılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR