Bank Of Baku

Özbəkistanda keçirilən Azərbaycan Milli Sərgisini minlərlə iş adamı ziyarət edib

Özbəkistanda keçirilən Azərbaycan Milli Sərgisini minlərlə iş adamı ziyarət edib
# 06 noyabr 2010 11:08 (UTC +04:00)
Özbəkistan sahibkarları əsasən sərgidə nümayiş olunan qida məhsulları, kənd təsərrüfatı texnikası, tikinti materialları, mebel və bu kimi məhsullara maraq göstərir. Özbəklər xüsusən sərgidə nümayiş olunan yeni texnologiyanın tətbiqi ilə yetişdirilib istehsal olunan balıq və balıq məhsullarına daha çox diqqət yetirib. Yaxın perspektivdə Azərbaycandan bu ölkəyə balıq və balıq məhsulları ixrac oluna bilər.

Qeyd edək ki, noyabrın 7-dək davam edəcək sərgi 4550 kv. metr sahəni əhatə edir. Tədbirə Azərbaycan tərəfdən 170-ə yaxın müəssisə və təşkilat qatılıb. Sərgidə Azərbaycanın sosial-iqtisadi inkişafını, sənaye, yanacaq, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət, xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1700-ə yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunur. Azərbaycan məhsullarının Orta Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşlər keçirilir.
Sərgi çərçivəsində həmçinin bir sıra mədəni tədbirlər keçirilir, iştirakçılara Azərbaycan haqqında müxtəlif çar materialları, jurnallar, broşurlar, disk və digər təşviqat materialları paylanır.
Xatırladaq ki, Azərbaycanın Milli Sərgisi xarici ölkələrdə ilk dəfədir təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR