Bank Of Baku

Azərbaycanın xaricdə keçirdiyi ilk Milli Sərgisi başa çatıb

Azərbaycanın xaricdə keçirdiyi ilk Milli Sərgisi başa çatıb
# 07 noyabr 2010 12:28 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, sərginin ilk iki iş günü ərzində Azərbaycanın 33 şirkət və təşkilatı Özbəkistanın iş adamları ilə əməkdaşlığa dair razılığa gəlib. Bu əməkdaşlıq İKT, qida sənayesi, nəqliyyat, tikinti sektoru və s. sahələri əhatə edəcək.

Qeyd edək ki, sərgi 4 550 kv. metr sahəni əhatə edib. Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri və 170-ə yaxın müəssisə və təşkilatın nümayəndələri iştirak edib. Sərgidə Azərbaycanın sosial-iqtisadi inkişafı, sənaye, yanacaq, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət, xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1 700-ə yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunub. Azərbaycan mənşəli məhsulların Mərkəzi Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşləri keçirilib. Ümumilikdə, sərgidə minlərlə ziyarətçi olub.

Sərgi çərçivəsində həmçinin bir sıra mədəni tədbirlər keçirilib, iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar, disk və digər təşviqat materialları paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR