Bank Of Baku

Azərbaycanın 44 şirkəti Özbəkistanın müəssisələri ilə əməkdaşlığa dair ilkin razılaşma əldə edib

Azərbaycanın 44 şirkəti Özbəkistanın müəssisələri ilə əməkdaşlığa dair ilkin razılaşma əldə edib
# 07 noyabr 2010 15:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Özbəkistan tərəfi ilə razılıq əldə edən Azərbaycan şirkətləri arasında «Gilan Holding»in Qəbələ Konserv Zavodu, «Azersun Holding», «Azneftmaş», «Azneftkimyamaş», «Tovuz-Baltiya», «Caspian Fish», «Akkord», «Azenco», «Kür», «Ultra» və s. var.

Qeyd edək ki, Azərbaycanın Milli Sərgisi 4 550 kv. metr sahəni əhatə edib. Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmilərinin və 170-ə yaxın müəssisə və təşkilat iştirak edib. Sərgidə Azərbaycanın sosial-iqtisadi inkişafı, sənaye, yanacaq, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət, xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1 700-ə yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunub. Azərbaycan mənşəli məhsulların Mərkəzi Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşlər keçirilib.

Sərgi çərçivəsində həmçinin bir sıra mədəni tədbir keçirilib, iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar, disk və digər təşviqat materialları paylanılıb.

Xatırladaq ki, Azərbaycanın Milli Sərgisi xarici ölkədə ilk dəfə keçirilib. Bu sərgini minlərlə iş adamı ziyarət edib və sərgi Özbəkistan iş dairələrində ciddi marağa səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR