Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb
# 08 noyabr 2010 11:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2010-cu ilin yanvar-oktyabr ayları ərzində ticarət şəbəkəsindən əhaliyə ümumilikdə 10,9 mlrd. manat məbləğində istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 3,7 mlrd. manatlıq pullu xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8,6%, pullu xidmətlərin həcmi isə 10,6% artıb.

Pərakəndə ticarətin 64,7%-ni ərzaq məhsulları, 35,3%-ni isə qeyri-ərzaq malları təşkil edib və onların satışı illik müqayisədə müvafiq olaraq 7,4% və 12,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR