Bank Of Baku

Saxlama müddəti ötmüş 177 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 177 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 08 noyabr 2010 13:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı keyfiyyətsiz və saxlama müddəti ötmüş ərzaq malları aşkarlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Yaşayış sahəsi D ünvanında yerləşən “Ceyhun market”də, Yaşayış sahəsi V ünvanında “Halal market”, “Orxan market”də, Adil Qaytaranova və Zülfüqar Abdullayevə məxsus mağazalarda, Yaşayış sahəsi V, 4041-ci məhəllə ünvanında Əziz Musayevə məxsus mağazada, Binəqədi rayonunda M.Cəlal küçəsi, 115 ünvanında yerləşən “Ayxan market”də, Azadlıq prospekti, 157 ünvanında yerləşən “Albalı market”də, C.Hacıbəyli küçəsi, 68 ünvanındakı “Sənan market”də, M.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, ev 15 ünvanında Şamil Məmmədova məxsus mağazada, Ş.Rəhimov küçəsi, ev 51, mənzil 2 ünvanında Nurulla Hüseynova məxsus mağazada, ümumi çəkisi 177 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR