Bank Of Baku

Şabranda investisiya layihələrinin qəbuluna başlanılıb

Şabranda investisiya layihələrinin qəbuluna başlanılıb
# 09 noyabr 2010 11:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şabran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, SKMF tərəfindən Şabran rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv bağçılığın inkişafı, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir soyuducu anbar komplekslərinin, həmçinin müasir tələblərə cavab verən müalicəvi sanatoriya-kurort komplekslərinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR