Bank Of Baku

Azərbaycan Avropa ölkələrinə kosmetika ixrac edəcək

Azərbaycan Avropa ölkələrinə kosmetika ixrac edəcək
# 10 noyabr 2010 08:45 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Gazelli» şirkətinin marketinq və reklam üzrə baş meneceri Çingiz Məmmədyarov məlumat verib.

Onun sözlərinə görə, «Gazelli» artıq Türkiyə, Ukrayna, Rusiya, Belarus və Gürcüstan kimi ölkələrə kosmetika məhsullarını ixrac edir: «Yaxın gəlcəkdə isə biz İngiltərə, İtaliya, İspaniya və Fransaya da müalicəvi kosmetika məhsullarımızının ixracına start verəcəyik».

Ç.Məmmədyarov həmçinin qeyd edib ki, «Gazelli» şirkəti Batumi (Gürcüstan) və Moskvada (Rusiya) kosmetika komplekslərinin tikintisinə başlayıb və sözügedən komplekslər istifadəyə verildikdən sonra burada «Gazelli»nin məhsulları satılacaq.

«Biz həmçinin, Naftalandakı istirahət evinin təmirini də həyata keçiririk», - deyə Ç.Məmmədyorov bildirib.

Qeyd edək ki, «Gazelli» şirkəti artıq 11 ildir fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR