Bank Of Baku

Azərbaycanda yüksək keyfiyyətli çörək məhsullarının istehsalı ilə bağlı dövlətə 17 təklif təqdim olunub

Azərbaycanda yüksək keyfiyyətli çörək məhsullarının istehsalı ilə bağlı dövlətə 17 təklif təqdim olunub
# 10 noyabr 2010 14:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, Fonda 17 təklif daxil olub və bunların 8-i Bakı şəhəri üzrə, 4-ü Aran, 3-ü Quba-Xaçmaz, 1-i Abşeron, 1-i isə Gəncə-Qazax iqtisadi rayonlarından daxil olub: «Layihələrin ümumi dəyəri 27,3 mln. manat təşkil edir ki, güzəştli kreditə olan tələbat isə 17,6 mln. manata bərabərdir. Yaxın günlərdə daxil olan layihələrin monitorinqi keçiriləcək və bu layihələrin nə qədər tələblərə cavab verməsi araşdırılandan sonra onlardan hansılarının maliyyələşdiriləcəyi müəyyənləşəcək».

Ş.Abdullayev onu da bildirib ki, hazırda SKMF ümumi həcmi 266 min ton olan taxıl anbarlarının inşası layihələrini maliyyələşdirir və bunların əksəriyyəti artıq istismara verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR