Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu gələn il qaytarılan vəsait hesabına kreditləşməni 23% artıracaq

Sahibkarlığa Kömək Milli Fondu gələn il qaytarılan vəsait hesabına kreditləşməni 23% artıracaq
# 10 noyabr 2010 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) sahibkarlar tərəfindən geri qaytarılan kreditlərin həcminin 2010-cu illə müqayisədə təxminən 23% artacağı gözlənilir.

SKMF-in icraçı direktoru Şirzad Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, dövlət büdcəsindən SKMF-a hər il ayrılan vəsaitin həcmi ilbəil aşağı düşür, Fondun vəsaiti isə əvvəlki illərdə sahibkarlara verilmiş kreditlər hesabına artmaqda davam edir: «Əgər 2009-cu ildə SKMF-a əvvəlki illərdə Fond tərəfindən verilmiş kreditlər hesabına sahibkarlar 56 mln. manat vəsait qaytarıbsa, artıq 2010-cu ildə bu rəqəm 70 mln. manat olub, 2011-ci ildə isə geri qaytarılan vəsaitin 86 mln. manat təşkil edəcəyi gözlənilir. Növbəti illərdə biz əsasən Fond tərəfindən əvvəlki illərdə verilən kreditlərin geri qaytarılması hesabına yeni layihələri maliyyələşdirəcəyik. Bununla da, SKMF özünümaliyyələşdirmə əsasında iş prinsipinə keçəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR