Bank Of Baku

Saxlama müddəti ötmüş 455 kq ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 455 kq ərzaq malları satışdan çıxarılıb
# 11 noyabr 2010 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda 3-cü mikrorayon, H.B.Əliyev küçəsi, ev 36/48 ünvanında Rahim Salamova məxsus mağazada, 3-cü mikrorayon, Cavad Xan küçəsi, ev 16, mənzil 33 ünvanında yerləşən «Samir-98 market»də, 3-cü mikrorayon, R.Məmmədov küçəsi, ev 23, mənzil 1 ünvanındakı «İnci market»də, 2-cü mikrorayon, Cavad Xan küçəsi, ev 48, mənzil 1 ünvanında yerləşən «Sizin market»də, İ.Həmidov küçəsi, 3 ünvanındakı «Qlobus market»də, Moskva prospekti, ev 46 ünvanında Həyəti Məlikova məxsus mağazada, M.Rəfili küçəsi, ev 27 ünvanında Ramin Məmmədova məxsus mağazada, Yasamal rayonunda H.Zərdabi küçəsi, ev 593 ünvanında «Cənub Ticarət» MMC-yə məxsus mağazada, X.Məmmədov küçəsi, 1C ünvanında yerləşən «Bizim market»də, Gəncə şəhərində Keçid küçəsində Qnyaz Əsgərova məxsus mağazada, V.Teleşkova küçəsi, ev 38, mənzil 1 ünvanında Elmar Əhmədova məxsus mağazada, Qax rayonunda İ.Mustafayev küçəsində yerləşən «Könül» mağazasında, Tərtər rayonunda Ə.Paşayev küçəsindəki «İki qardaş market»də, ümumi çəkisi 455 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, un məmulatları, yağlar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR