Bank Of Baku

Azərbaycan viski istehsalına başlayır

Azərbaycan viski istehsalına başlayır
# 12 noyabr 2010 08:47 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə “Tovuz-Baltiya” MMC-nin baş direktoru Naiq Məmmədhəsənov məlumat verib.

Onun sözlərinə görə, artıq «Tovuz-Baltya» şirkəti kreditlər hesabına şərab və şərab məhsullarının genişləndirilməsi, yeni avadanlıqların müəssisəyə gətirilməsi, həmçinin yeni texnologiyaların tətbiqini başa çatdırıb və bunun nəticəsi olaraq hazırda müəssisədə meyvə və giləmeyvə şərabları istehsal olunur: «Biz Ukrayna, İran, Rusiyadan spirt gətirmədən imtina etmişik və artıq öz xammalımızdan istifadə edərək araq istehsal edirik. Zavodda qarpız, heyva, nar və digər meyvə və giləmeyvələrdə alkoqolun yeni brendlərinin istehsalına başlamışıq».

N.Məmmədhəsənov onu da bildirib ki, hazırda müəssisədə istehsal olunan məhsullar Yaponiya, Polşa, Almaniya, Ukrayna, Rusiya və Belarus kimi ölkələrə ixrac olunur: «Cari ilin sonunadək biz «Azeri Whisky» adı altında öz xammalımızdan viskinin istehsalına başlayacaq ki, daha sonra bu və digər məhsullarımız Macarıstan, Çexiya, Estoniya, Çin, Hindistan, həmçinin Skandinaviya ölkələrinə ixrac edəcəyik. Hazırda bu istiqamətdə danışıqlar aparılır ki, yaxın gələcəkdə bu ölkələrə məhsullarımız ixrac olunacaq».

«Tovuz-Baltiya»nın rəsmisi onu da bildirib ki, hazırda müəssisənin istehsal gücü ildə 5 mln. butulka təşkil edir. Lakin zavodun məhsullarının ixrac olunan ölkələrinin sayı artması ilə əlaqədar «Tovuz-Baltiya» istehsalın həcmini də artırmaq niyyətindədir.

Qeyd edək ki, «Tovuz-Baltiya» 1989-cu ilin dekabr ayında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR