Bank Of Baku

Bakıda sahibkarlar üçün «Layihələrin idarə edilməsi» kursu üzrə treninqlərə başlanılıb

Bakıda sahibkarlar üçün «Layihələrin idarə edilməsi» kursu üzrə treninqlərə başlanılıb
# 12 noyabr 2010 09:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Management Traning» Proqramı çərçivəsində sahibkarlar üçün «Layihələrin idarə edilməsi» kursu üzrə treninqlərə başlanılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 25-dən çox sahibkarın iştirak etdiyi treninqdə sahibkarlara tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Dekabrın 11-dək davam edəcək treninqlər hər həftənin IV, V və VI günləri Bakı Biznes Tədris Mərkəzində keçirilir. Treninqlərdə 200-dən çox sahibkarın iştirakı nəzərdə tutulur. Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılara sertifikatlar veriləcəkdir.

Qeyd edək ki, analoji treninqlərin regionlarda da təşkil edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR