Bank Of Baku

Antiinhisar qanunvericiliyinin tələblərinin poza sahibkara maliyyə sanksiyası tətbiq edilib

Antiinhisar qanunvericiliyinin tələblərinin poza sahibkara maliyyə sanksiyası tətbiq edilib
# 12 noyabr 2010 12:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə elektrik kabelləri və naqillərinin istehsalı ilə məşğul olan Vasif Səfərov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumatına görə, Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə Vasif Səfərova 7,6 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR