Bank Of Baku

Bakıda mənşəyi məlum olmayan ətin satışı dayandırılıb

Bakıda mənşəyi məlum olmayan ətin satışı dayandırılıb
# 13 noyabr 2010 10:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərində mənşəyi məlum olmayan ət aşkar edilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2 tondan çox mənşəyi məlum olmayan ət Bakının Nəsimi rayonu, Tağızadə küçəsi, 23 ünvanında Mirzə Rzaxanova məxsus obyektdə aparılan yoxlama zamanı soyuducularda aşkarlanıb. Həmin ətə orqoneleptik baxış keçirilərkən onlarda kəskin qaralma və qeyri-spesifik iyin olduğu müəyyən edilib.

Bununla bağlı mənşəyi bəlli olmayan ətdən nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinənin nəticəsi məlum olanadək ətin satışı dayandırılıb, araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR