Bank Of Baku

Saxlama müddəti ötmüş 310 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 310 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 13 noyabr 2010 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda Ə.Naxçıvanski küçəsi, ev 15 ünvanında yerləşən «Bay Türk market»də, G.Ramazanov küçəsində Rəşid Nuriyev, Həsən Ağayevə məxsus mağazalarda və «Qız qalası market»də, Sumqayıt şosesində yerləşən «Rahat market»də, Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 32, 1-ci keçid ünvanında yerləşən «Akay market»də, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsindəki «Elnur market», «Zəngəzur market» və «Cəbrayıl market»də, E.Babayev küçəsi, ev 18 ünvanında Südabə Abdullayevaya məxsus mağazada, Xutor qəsəbəsi, E.Babayev küçəsi, 79 ünvanında Əlizaman Abdullayevə məxsus mağazada, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində Urqiya Quliyevaya məxsus mağazada, Nərimanov rayonunda S.Vurğun küçəsi, ev 138/15 ünvanında yerləşən «Sevimli market»də, Nəsimi rayonunda M.Qasımov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsindəki «İnam market»də, Mingəçevir şəhərində N.Nərimanov küçəsində yerləşən «Ramin market»də, Gəncə şəhərində 1-ci mikrorayondakı «Nuru market»də, Tovuz rayonunun Qovlar qəsəbəsidə Vağzal küçəsində yerləşən «Okean supermarket»də, Şəhriyar küçəsindəki «Çinar» ticarət mərkəzində, ümumi çəkisi 310 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR