Bank Of Baku

Külli miqdarda saxta polietilen torbalar satışdan yığışdırılıb

Külli miqdarda saxta polietilen torbalar satışdan yığışdırılıb
# 18 noyabr 2010 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən saxta polietilen torbalarının satışı aşkarlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 23 ünvanında Rüstəm Abdullayevə məxsus mağazada aparılan yoxlama zamanı üzərində Türkiyədə istehsal edildiyi göstərilmiş «Foto», «Qırmızı palas», «Amerika», «Bantik» adlı 48,4 kq polietilen torbaların uyğunluq və gigiyenik sertifikatlarının və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən mənşəyi bəlli olmayan 48,4 kq polietilen torbanın məhv edilməsi barədə sahibkar Rüstəm Abdullayevə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR