Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Lerikdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Lerikdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 19 noyabr 2010 12:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lerik rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, SKMF tərəfindən Lerik rayonu üzrə sahibkarlıq subyektlərindən kartofçuluğun və arıçılığın (arı məhsullarının sənaye üsulu ilə emalı və qablaşdırılması) inkişafı, həmçinin müasir tələblərə cavab verən süfrə suları istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR