Bank Of Baku

Naftalanda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Naftalanda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 19 noyabr 2010 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə Naftalanda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Naftalan və ətraf rayonlarda fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov çıxışlarında bildiriblər ki, regionların tarazlı və hərtərəfli inkişafı, işgüzar əlaqələrin gücləndirilməsi, sahibkarlara dövlət qayğısının artırılması nəticəsində sahibkarlıq fəaliyyəti genişlənmiş, nəticədə ölkə iqtisadiyyatının bütün sahələrində dinamik inkişafa nail olunub.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iş adamlarının maarifləndirilməsi, onlara nəzəri-praktiki biliklərin aşılanması istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib və qeyd edib ki, biznes tədrisinin təkmilləşdirilməsi, qabaqcıl təcrübə mübadiləsi praktikasının tətbiq edilməsi və regionlarda müntəzəm olaraq keçirilən treninqlər özəl sektorun inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsidir.

Öz növbəsində SKMF-nın icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib və bildirib ki, SKMF tərəfindən 2010-cu ilin ötən dövründə 1 203 sahibkara 92,7 mln. manat güzəştli kredit verib. Bu kreditlər hesabına 4 600-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i ölkənin regionlarının payına düşür.

Tədbir çərçivəsində sahibkarlar üçün «Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması» mövzusunda treninq keçirilib və metodiki materiallar paylanıb.

Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Naftalan və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 387 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 65 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bundan başqa, «Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq tədbirdə Naftalan rayonunun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla müzakirələr aparılmış, güzəştli şərtlərlə maliyyələşdirilməsi daha məqsədəuyğun hesab olunan sahələr müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR