Bank Of Baku

Bakının ticarət obyektlərində 460 kq yaxın saxta polietilen torbalar aşkarlanıb

Bakının ticarət obyektlərində 460 kq yaxın saxta polietilen torbalar aşkarlanıb
# 19 noyabr 2010 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakının ticarət obyektlərində 460 kq yaxın saxta polietilen torbalar aşkarlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 16, mənzil 2 ünvanında Fikrət Rəhimoğluya məxsus mağazada 216 kq, M.Qaşqay küçəsi, 22/23 ünvanında Qurban Qəhrəmanova məxsus mağazada 243 kq mənşəyi bəlli olmayan polietilen torbalarının satıldığı, həmçinin həmin torbaların üzərində təyinatına uyğun olaraq «Ərzaq malları üçün» və ya «Qeyri-ərzaq malları üçün» sözlərinin qeyd olunmadığı müəyyən edilib.

Bununla əlaqədar mənşəyi bəlli olmayan polietilen torbaların məhv edilməsi barədə Fikrət Rəhimoğluya və Qurban Qəhrəmanova icrası məcburi göstəriş verilib.

Dövlət Xidməti istehlakçılara aldıqları ərzağın üzərində «Ərzaq malları üçün» sözləri qeyd olunmuş polietilen torbalara qoyulmasına diqqət yetirməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR