Bank Of Baku

Saxlama müddəti ötmüş 223 kq tikinti materiallarının satışı dayandırılıb

Saxlama müddəti ötmüş 223 kq tikinti materiallarının satışı dayandırılıb
# 19 noyabr 2010 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tikinti materialları bazarında nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 69B ünvanında Qaçay Muradova məxsus tikinti materialları mağazasında aparılan yoxlama zamanı saxlama müddəti ötmüş «Protex Marshall», «Genç-aşşab», «Şpatlovka», «Tutex», «Protex», «Panda», «Antipas», «Petek», «Samet» adlı lak, boya və s. tikinti materiallarının satıldığı müəyyən edilib.

Bununla əlaqədar ümumi çəkisi 223 kq olan saxlama müddəti ötmüş tikinti materiallarının satışı dayandırılıb və qanunvericiliyə müvafiq tədbirlər görülməsi məqsədilə Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR