Bank Of Baku

Bakıda «Menecer hazırlığının interaktiv üsulları» mövzusunda seminara start verilib

Bakıda «Menecer hazırlığının interaktiv üsulları» mövzusunda seminara start verilib
# 20 noyabr 2010 12:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Menecer hazırlığının interaktiv üsulları» mövzusunda seminara başlanılıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, seminarda Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, Almaniyanın «InWent» təşkilatının beynəlxalq ekspertləri, həmçinin Almaniyaya ixtisasartırma kurslarına göndəriləcək sahibkarlar üçün Bakı şəhərində təşkil olunması nəzərdə tutulan ilkin hazırlıq treninqlərin keçirilməsinə dəvət olunacaq 15-dən çox təlimçi iştirak edir.

Üç gün davam edəcək seminarın məqsədi ilkin hazırlıq treninqlərinin keçirilməsi üçün yerli təlimçilər şəbəkəsinin yaradılması, təlimçilərin dünyada tətbiq edilən metodologiya və treninqlərin keçirilməsinin interaktiv metodları ilə tanış edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR