Bank Of Baku

Barak Obama yeni iş yerlərinin yaradılmasında Avropaya kömək etmək istəyir

Barak Obama yeni iş yerlərinin yaradılmasında Avropaya kömək etmək istəyir
# 22 noyabr 2010 08:05 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama yeni iş yerlərinin yaradılmasında Avropa İttifaqına kömək edə bilər.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə o, NATO-nun Lissabonda keçirilən sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Mənim Avropa üçün edə biləcəyim ən vacib iş - onu mən ABŞ-da da etməyə məcburam - iqtisadi artıma və məşğulluğun artmasına təsir göstərməkdir” - deyə B.Obama qeyd edib.

ABŞ prezidentinin fikrincə, yeni iş yerlərinin açılması ayrı-ayrı iqtisadiyyatların borc problemi fonunda iqtisadi artımı sürətləndirə bilər. o, bir daha tərəfdaşlarını iqtisadi disbalansı azaltmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR