Bank Of Baku

Azərbaycanda işgüzar fəallıq indeksi açıqlanıb

Azərbaycanda işgüzar fəallıq indeksi açıqlanıb
# 22 noyabr 2010 14:44 (UTC +04:00)
Bu, Mərkəzi Bankın ölkənin iri şirkətləri üzrə apardığı Real Sektorun Monitorinqi (RSM ) nəticəsində məlum olub. «APA-Economics»in məlumatına görə, monitorinqin nəticələrinə əsasən, ilin əvvəlindən sənaye üzrə istehsal və ticarət üzrə satış gözləntisi indeksi 27-28% ətrafındadır və artıma meyillidir.

Pozitiv gözləntilər xüsusilə sənayenin kimya, tikinti materiallarının istehsalı və toxuculuq sahələrində, ticarətin isə mebel və elektrik məişət avadanlıqlarının satışı seqmentlərində müşahidə edilib. «Eyni tendensiyalar xidmət sektorunda da nəzərə çarpır, burda ən yüksək müsbət gözləntilər rabitə və otelçilik sahələrinə aiddir. Gözləntilərin belə müsbət olması özünü sənayedə və ticarətdə satılmamış mal ehtiyatının azalmasında da hiss olunub», - deyə hesabatda bildirilir. Ümumilikdə, Mərkəzi Bankın apardığı monitorinq (RSM) göstərib ki, son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayı yüksəlir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iqtisadiyyatın vəziyyəti haqqında operativ məlumatın əldə edilməsi və qiymətləndirilməsi məqsədilə real sektorun monitorinqini (RSM) 2008-ci ilin aprel ayından aparır. Monitorinq iqtisadi fəaliyyətin 6 faktoru - faktiki istehsal və ya satış, gözlənilən istehsal və ya satış, məhsula (xidmətə) sifariş, mal ehtiyatları, qiymət gözləntiləri, məşğulluq gözləntiləri dəyişməsinin qiymətləndirilməsini əks etdirən aylıq sorğular əsasında həyata keçirilir. Bu sorğular emal sənayesi, xidmət, tikinti və uzunmüddətli istifadə əşyalarının satışı ilə məşğul olan 200-ə qədər müəssisə arasında aparılır. Sorğu iştirakçıları suallara artıb (+1), azalıb (-1) və ya dəyişməyib (0) cavabları verirlər. Sorğunun nəticələri əsasında ölkədə işgüzar fəallıq indeksi hesablanır. Bu indeks yaxın perspektivdə iqtisadi inkişafın dönüş nöqtələrinin (artım və ya enmə meylli olmasını) proqnozlaşdırılmasına imkan verir. Cavablar ümumiləşdiriləndə müəssisələrin işçilərinin sayı da nəzərə alınır. İndeksin [+100 və -100 arasında dəyişə bilər. İndeksin +100-ə bərabər olması tendensiyanın artım yönümlü olması və bunun bütün müəssisələrdə müşahidə edilməsi deməkdir, -100 göstəricisi isə tendensiyanın azalan yönümlü olmasından xəbər verir. Hazırda işgüzar fəallıq indeksi 27-28% ətrafındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR