Bank Of Baku

Gəncədə sahibkarlara yanğından mühafizənin əsaslarına həsr olunmuş seminar keçirilir

Gəncədə sahibkarlara yanğından mühafizənin əsaslarına həsr olunmuş seminar keçirilir
# 23 noyabr 2010 12:47 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Bu gün Gəncədə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsi Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə yanğından mühafizənin əsaslarına həsr olunmuş iki günlük regional seminar keçirir.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbir Azərbaycan Sahibkar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təşkil edilib.

Seminarın birinci günündə sahibkarlara müəssisə və ticarət obyektlərinin yanğından mühafizəsi sahəsində biliklərini artırmaq, onlara dövlət yanğın nəzarəti işinin təşkili və təbliği barədə məlumat verilib. Günün sonunda isə seminar iştirakçıları bir neçə müəssisəni ziyarət edərək, sahibkarlara müəssisələrdə aparılan yoxlama prosesində onların vəzifə və hüquqları barədə məlumat veriləcək.

Seminarın ikinci günündə isə FHN-in Dövlət Nəzarəti Xidmətinin əməkdaşlarına onların vəzifələri və İFC-nin Azərbaycan investisiya mühitinin təkmilləşdirilməsi sahəsində apardığı fəaliyyəti barədə təqdimat ediləcək. Seminarın ikinci günündə həmçinin FHN-nin Dövlət Nəzarəti Xidmətinin əməkdaşlarına yoxlamaların təşkilinə dair beynəlxalq təcrübə məlumat çatdırılacaq.

Qeyd edək ki, regional seminarlar Qərb regionundan sonra Azərbaycanın digər regionlarında da keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR