Bank Of Baku

Azərbaycan-Polşa biznes-forumu çərçivəsində iki memorandum imzalanıb

Azərbaycan-Polşa biznes-forumu çərçivəsində iki memorandum imzalanıb
# 24 noyabr 2010 09:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakıda keçirilən Azərbaycan-Polşa biznes-forumu çərçivəsində iki sənədin imzalanma mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, bunlardan biri Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (ASK) ilə Polşa İşəgötürənlər Assosiasiyası arasında, digəri isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) Polşa İnvestisiyaların Təşviqi Fondu (PALİLZ) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Sənədləri Azərbaycan tərəfdən ASK prezidenti Məmməd Musayev və “Azpromo”nun prezidenti Adil Məmmədov, Polşa tərəfdən isə İnformasiya və Xarici İnvestisiyalar Agentliyinin direktoru Slabomir Majman imzalayıb.

Biznes-forumda Slabomir Majman, Adil Məmmədov və Azərbaycan İnvestisiya Şirkətinin prezidenti Əfqan İsayev Azərbaycan və Polşanın iqtisadi imkanları haqqında təqdimatlarla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR