Bank Of Baku

Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 24 noyabr 2010 13:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2010-cu ilin oktyabr ayı üzrə 103,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks sentyabrda 107%, avqustda isə 101,4% olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Belə ki, cari ilin oktyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 217,6 mln. manat, sentyabrda 1 181,5 mln. manat, avqustda 1 104,2 mln. manat, iyulda 1 089,4 mln. manat, iyunda 1 085,9 mln. manat, mayda 1 074 mln. manat, apreldə 986,6 mln. manat, martda 1 120,5 mln. manat, fevralda 975,2 mln. manat, yanvarda isə 1 016,4 mln. manat təşkil edib.

RSI-nin azalması hesabat ayında pərakəndə əmtəə dövriyyəsinin artım tempinin əvvəlki ayın eyni göstəricisindən daha aşağı olduğunu göstərir. Belə ki, sentyabrda avqustla müqayisədə artım 7%, oktyabrda isə aylıq artım 3,1% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR