Bank Of Baku

Bakıda Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin V beynəlxalq konfransı keçiriləcək

Bakıda Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin V beynəlxalq konfransı keçiriləcək
# 24 noyabr 2010 14:25 (UTC +04:00)
Bakı. İlhamə İsbalayeva - APA. Dekabrın 2-3-də Bakıda “ECA 2010 - Yüksək İnnovasiya: Gənc sahibkarlar və yeni biznesin təşkili üçün investisiya hazırlığı və biznes inkubasiya infrastrukturunun möhkəmləndirilməsi” mövzusunda Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin (ECAbit) V beynəlxalq konfransı keçiriləcək. Konfrans Azərbaycanın Gənclər və İdman Nazirliyi (GİN), Xəzər İnvestisiya Mərkəzi və ECAbit şəbəkəsinin təşkilatçılığı, Dünya Bankının İnfoDev proqramının dəstəyi ilə keçirilir.

GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd innovasiya vasitəsilə iqtisadi və sosial inkişafa nail olmuş təcrübəni öyrənmək, biznes inkubatorlarının fəaliyyətlərinə dair beynəlxalq təcrübə ilə bölüşmək və bu prosesə gənc sahibkarları cəlb etməkdir.

Tədbirdə innovasiya və biznes inkubasiya sahəsində çalışan 80-dən çox yerli və beynəlxalq ekspert iştirak edəcəklər. Konfrans çərçivəsində Dünya Bankının İnfoDev proqramı, Finlandiya Hökuməti və “Nokia” şirkəti arasında həyata keçirilən “İnformasiya iqtisadiyyatında davamlı biznesin qurulması” proqramı müzakirə ediləcək və növbəti illərə dair fəaliyyət strategiyası hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR