Bank Of Baku

Azərbaycan Polşaya şərab ixrac edəcək

Azərbaycan Polşaya şərab ixrac edəcək
# 25 noyabr 2010 08:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın «Tovuz-Baltiya» şərabçılıq şirkəti öz məhsullarını Polşaya ixrac etməyə başlayıb.

Şirkətin direktoru Naiq Məhəmmədhəsənov «APA-Economics»ə bildirib ki, artıq nar, heyva, alma, üzüm və digər məhsullardan çəkilmiş şərab və digər alkoqollu içkilərin Polşaya ixracı barədə razılıq əldə edilib.

Polşa şirkəti ilə bu barədə müqavilə Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda imzalanıb. Müqaviləyə əsasən «Tovuz-Baltiya» şirkəti bu ilin sonunadək Polşanın Qdansk şəhərinə 50 min şüşə və ya 25 min litr şərab göndərəcək. Ümumilikdə şirkət Polşaya hər il 1 mln. şüşə və ya 500 min litr şərab və digər alkoqollu içkilər göndərmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR