Bank Of Baku

Bu il Azərbaycanda 113 səhmdar cəmiyyəti haqqında səhmdarların hüquqlarının pozulması ilə bağlı şikayət daxil olub

Bu il Azərbaycanda 113 səhmdar cəmiyyəti haqqında səhmdarların hüquqlarının pozulması ilə bağlı şikayət daxil olub
# 26 noyabr 2010 13:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk 10 ayı ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) 113 səhmdar cəmiyyəti tərəfindən səhmdarların hüquqlarının pozulması ilə bağlı şikayət daxil olub. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildrib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 1 500-dən artıq səhmdar cəmiyyəti fəaliyyət göstərir və bunun nəticəsində 100 mindən çox səhmdar formalaşıb: «Cari ilin yanvar-oktyabr ayları ərzində Komitəyə 113 səhmdar cəmiyyətindən və 400 səhmdar tərəfindən şikayətlər daxil olub ki, bu da ümumi saydan müvafiq olaraq 6-7% və təxminən 1% təşkil edir».

R.Aslanlı həmçinin qeyd edib ki, əsas şikayətlər dividendlərin ümumiyyətlə və ya lazımi həcmdə ödənilməməsi, səhmdarların iclaslarının vaxtında keçirilməməsi ilə bağlı olub.

Bundan başqa, Komitə sədri bildrib ki, hesabat dövründə QKDK tərəfindən 450 səhmdar cəmiyyətinə hesabatın tərtibinə dair metodoloji yardım göstərilib: «Ümumiyyətlə, hesabatlarını hazırlayan səhmdar cəmiyyətlərinin sayı ötən illə müqayisədə 27-30% artıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR