Bank Of Baku

İspaniya şirkəti Azərbaycanda nümayəndəlik açmaq istəyir

İspaniya şirkəti Azərbaycanda nümayəndəlik açmaq istəyir
# 26 noyabr 2010 14:15 (UTC +04:00)
Bakı - APA-Economics. Sumqayıt şəhər İcra Hakimiyyətində İspaniyanın memarlıq və tikinti sahəsində fəaliyyət göstərən “House Deliver s.İ.u.” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, şirkət nümayəndələri Soledad Bordonaba və Yakobo Alonso de Lukas ŞİH başçısının müavini A.Zeynalov tərəfindən qəbul edilib.

Nümayəndə heyətinə Sumqayıt şəhəri barədə məlumat verilib, onlarla əməkdaşlıq imkanları müzakirə edilib. Görüş zamanı şirkət nümayəndələri Azərbaycanda nümayəndəlik açmaq niyyətində olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR